Ana səhifə XəbərlərMünaqişə HƏMAS liderini kim və necə öldürdü? – Tehranda casus ovuna başlandı

HƏMAS liderini kim və necə öldürdü? – Tehranda casus ovuna başlandı

admin

İsmayıl Haniyənin ölümü 140 dəqiqə gizli saxlanılıb.

Tehranda qətlə yetirilən HƏMAS-ın siyasi lideri İsmayıl Haniyənin  müəmmalı ölümü ilə bağlı bəzi məqamlar ortaya çıxmaqdadır.

İsmayıl Haniyənin ölümündən sonra Tehranda casus ovu başlayıb.

HƏMAS liderinin ölümü ilə əlaqədar Daxili İşlər Nazirliyi və ordu nəzdində yaradılmış xüsusi qrup Haniyənin İrana ilk gəlişindən sui-qəsd anına qədər keçirdiyi bütün anları, Haniyənin təhlükəsizliyinin təmin olunmasına məsul olan general Ənsarül-Mehdi komandiri Fətullah Camri başda olmaqla əlaqə saxladığı şəxsləri və qurumları sorğulamağa başlayıb.

İndiyədək  30-dan artıq şəxs saxlanılaraq dindirilib.

İsmayıl Haniyənin ölümündə digər müəmmalı məqam isə onun ölümünün iki saatdan artıq gizli saxlanması olub.

İran mənbələrinin verdiyi məlumata görə, Haniyənin otağına girdiyi saat 23.40-dan partlayış anına qədər olan 140 dəqiqə ərzində onun öldürülməsinin kodlarının gizlədildiyini bildirib.

İranın keçmiş kəşfiyyatçısı Əli Rezai məsələ ilə bağlı bildirib ki, müdafiə və kəşfiyyata cavabdeh olan bölmələr arasında ciddi vəzifə-səlahiyyət çaşqınlığı və daxili qarşıdurma var və bu zəiflik son hadisədə pik həddə çatıb.

İranın öz daxilində parçalanmış kəşfiyyat qurumlarına ciddi sızma olduğunu qeyd edən Rezainin sözlərinə görə, dövlət hazırda Haniyə sui-qəsdi ilə əlaqədar olaraq kimlər hansı xarici xidmətlərlə əməkdaşlıq edir, xəyanət hansı orqanlaradək uzanır kimi sualına cavab axtarır.

“Çünki tam kəşfiyyat dəstəyi olmadan son sui-qəsd həyata keçirilə bilməzdi”, – Rezai qeyd edib.

“New York Times”in yazdığına görə, HƏMAS lideri Haniyənin öldüyü qonaq evinin yüksək rütbəli kəşfiyyatçıları, hərbi məmurlar və işçilər də daxil olmaqla iyirmidən çox adam saxlanılıb.

“Hücumdan dərhal sonra təhlükəsizlik agentləri qonaq evinin bütün əməkdaşlarını təcrid edib və onların elektron cihazlarını, o cümlədən mobil telefonlarını müsadirə ediblər. Agentlər həmçinin Tehranın təhlükəsizliyinə cavabdeh olan yüksək səviyyəli kəşfiyyat və hərbi zabitləri sorğu-sual ediblər.

İranın kəşfiyyat xidmətləri MOSSAD-ın işə götürdüyü agentlərin hələ də ölkədə olduğuna inanır və onları yaxalamağa çalışır”, – “New York Times” yazıb.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00