İranda həbs edilən Fərid Səfərli dərman qəbul etməkdən imtina edir – VİDEO

İranda həbs edilən Fərid Səfərli özünə qapanıb, həkimin yazdığı dərmanları qəbul etməkdən imtina edir.

Bunu Fəridin anası Dilarə Əsgərova “Xəzər Xəbər”ə bildirib.

O, oğlunu 18 aydır ki, görə bilmədiyini söyləyib.

Xezerxeber.az-ın məlumatına görə, Dilarə Əsgərova deyib ki, Fərid İranda səfirliyimizin açılmağına çox sevinib, bu hal onda azadlığa çıxacağı ilə bağlı ümid yaradıb.

Fərid Səfərlinin anası oğlunun ayda bir dəfə ziyarət olunmasına şərait yaradılması üçün İrandakı Azərbaycan səfirliyinə də müraciət etdiyini bildirib.

Məsələ ilə bağlı Xarici İşlər Nazirliyindən heç bir məlumat ala bilmədik.

Qeyd edək ki, cəsusluq  ittihamı ilə  həbs  edilən Fərid Səfərliyə 2 il həbs cəzası verilib.19 iyul 2023 cü il  tarixində keçirilən məhkəmə iclası zamanı ona  qarşı irəli sürülmüş “casusluq” ittihamı “casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunub.

Related posts

Pezeşkian keçmiş kəşfiyyat nazirinə yüksək vəzifə verdi

Pezeşkian Roma Papasına çağırış etdi

İranlı jurnalist Kiyanus Sandjari rejimə etiraz olaraq intihar etdi