Karateçilərimiz beynəlxalq turnirdə 12 medal qazandı

Azərbaycan karateçiləri Rusiyada keçirilmiş “Open Rossiya” beynəlxalq turnirində uğurla çıxış ediblər.

Azərbaycan, Rusiya, Qazaxıstan, Özbəkistan, Türkiyə, İran, Belarus, Misir və Ermənistan təmsilçilərinin qatıldığı yarışda ümumilikdə 1200 iştirakçı qüvvəsini sınayıb.

Karateçilərdən Nəsimi Musayev 70 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olub.

Nərgiz Aslanova 25 kiloqram, Cəlal Şükürov 35 kiloqram, Mehdi Abdullayev isə +35 kiloqramda gümüş mükafatlarına yiyələniblər.

Kamran Cəfərli (+42 kiloqram), Qəhrəman Rzaquliyev (30 kiloqram), Dəniz Nəcəfli (47 kiloqram), Mədinə Sadıqova (55 kiloqram), Günay Ramazanova (55 kiloqram), Aysel Məmmədova (+66 kiloqram), Məhəmməd Kazımlı (60 kiloqram), Murad Hacızadə (+84 kiloqram) bürünc medallara sahib olublar.

Yekuna əsasən, karateçilərimiz beynəlxalq turniri 12 medalla başa vurublar.

Related posts

“Şəxsiyyətlər unudulmur” – BAKININ 14 İL BAŞ MEMARI OLMUŞ ŞƏXS Featured

COP29 Blue zonada çay təminatçı “Azerçay”dır

Leyla və Arzu Əliyevalar sərgidə – FOTOLAR