Ana səhifə XəbərlərCəmiyyət Mənzil növbəsini gözləyən hərbçilərə şad xəbər – Bölmə yaradıldı

Mənzil növbəsini gözləyən hərbçilərə şad xəbər – Bölmə yaradıldı

admin

Vətəndaş məmnunluğunun təmin olunması məqsədilə Azərbaycan Müdafiə Nazirliyinin rəsmi internet saytında Mənzil növbəsi adlı yeni bölmə yaradılıb.

Bu barədə AzərTAc-a Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Anar Eyvazov məlumat verib.

O bildirib ki, həmin bölməyə daxil olmaqla 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçular (hərbi xidmətdə olan, ehtiyata buraxılmış hərbi qulluqçular və ya onların varisləri) şəxsiyyət vəsiqəsinin FİN kodunu daxil edərək növbə sırası barədə məlumat əldə edə bilərlər.

 

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00