242
Avqustun 2-də gecə saat 1 radələrində Sumqayıt şəhəri ərazisində 1975-ci il təvəllüdlü Sabit İsmayılovun kəsici-deşici alətlə qardaşı 1972-ci il təvəllüdlü Ədalət İsmayılova yüngül bədən xəsarətləri yetirməsi barədə polisə məlumat daxil olub.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Sərxoş vəziyyətdə olan tərəflər arasında yaranan münaqişə şəxsi münasibətlər zəminində baş verib. Araşdırma aparılır.