Bakıdan yan keçərək Ankara ilə əlaqələri normallaşdırma cəhdi vaxt itkisidir – AÇIQLAMA

Azərbaycanla sülh Ermənistana Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq üçün dərhal imkanlar açacaq. 

Bunu “Azadlıq” radiosuna müsahibəsində Azərbaycan Prezidentinin Xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bildirib.

Ötən həftə sərhəddə Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin görüşünü xatırladan azərbaycanlı diplomatın sözlərinə görə, Ankara bir daha nümayiş etdirdi ki,  İrəvan Bakıdan yan keçərək Türkiyə ilə münasibətləri normallaşdıra biləcəyini düşünürsə, o zaman mənasız  yerə vaxt itirir.

Related posts

Prezidentdən nazirlə bağlı sərəncam

Prezident bu qanunlarda dəyişiklik etdi

Azərbaycan COP29-da intriqalara GETMƏDİ