556
Azərbaycanla sülh Ermənistana Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq üçün dərhal imkanlar açacaq.
Bunu “Azadlıq” radiosuna müsahibəsində Azərbaycan Prezidentinin Xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bildirib.
Ötən həftə sərhəddə Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin görüşünü xatırladan azərbaycanlı diplomatın sözlərinə görə, Ankara bir daha nümayiş etdirdi ki, İrəvan Bakıdan yan keçərək Türkiyə ilə münasibətləri normallaşdıra biləcəyini düşünürsə, o zaman mənasız yerə vaxt itirir.