ABŞ Sərhəd Xidməti Floridadakı çimərlikdə təxminən 30 kiloqram ağırlığında 25 bağlama kokain aşkar edib.
Xidmətin Mayami ofisinin rəhbəri Samuel Briqqz bu barədə X-dəki səhifəsində məlumat verib.
Onun sözlərinə görə, içində qadağan olunmuş toz olan bağlamalar yerli sakin tərəfindən aşkar edilib. Tapıntı ilə bağlı polisə məlumat verib. Məlum olub ki, narkotik paketləri Debbi qasırğası zamanı sahilə çıxıb.
ABŞ Sərhəd Xidməti narkotikləri ələ keçirib. Onun qara bazarda dəyəri 1 milyon dollardır.(Qaynarinfo )