Valideynlərə ŞAD XƏBƏR: məktəbli formaları UCUZLAŞDI – VİDEO

Yeni tədris ili ərəfəsində məktəbli formalarının qiymətində ucuzlaşma yaranıb.

Məktəbli forması almağa gələnlər hələlik azdır, amma qiymətlərdə enmə var.

Bakı Tikiş Evinin satış müdiri Etibar Əzimov deyib ki, məktəbli formaları ötən illə müqayisədə ucuzlaşıb.

Hazırda tikiş evində Nazirlər Kabinetinin təsdiqlədiyi sənədə uyğun olaraq üç müxtəlif rəngdə vahid məktəbli formaları satılır.

Tikiş evindən o da bildirilib ki, bu il formaların yenilənməsi ilə bağlı Elm və Təhsil Nazirliyi tərəfindən onlara hər hansı bir məlumat daxil olmayıb.

Tikiş evi tərəfindən satılan bütün məhsullara 1 illik zəmanət verilir.

Related posts

Qurban bayramında heyvanların satış və kəsim yerləri – ÜNVANLAR

Əməkdar jurnalist təqdimat keçirəcək

İmtahan yerləri abituriyentlərin evinə yaxın təyin edilir