Azərbaycan lideri brazilyalı həmkarına təyyarə qəzasına görə başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya başsağlığı məktubu göndərib.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident,

San-Paulu ştatında sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər bizi son dərəcə sarsıtdı.

Bu ağır anlarda kədərinizi bölüşür, baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Braziliya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.

Related posts

Ombudsmana daxil olan müraciətlərin STATİSTİKASI

Prezident və birinci xanım “Antalya Diplomatik Forumu”nun açılışında…

Baş nazir qərar İMZALADI