Ana səhifə XəbərlərGüney İranın yeni müdafiə və xarici işlər nazirləri KİMDİR…

İranın yeni müdafiə və xarici işlər nazirləri KİMDİR…

admin

İran Prezidenti Məsud Pezeşkian Nazirlər Kabinetinin üzvlərini siyahısını parlamentə təqdim edib. Parlamentdə təqdim olunan şəxslərə etimad səsverməsi keçiriləcək. Nazirlər Kabinetinin üzvlərinin orta yaşı 59 il 7 aydır. Ən gənc nazirin yaşı 47, ən qocasının isə 66 yaşı var.

Bundan əvvəllər xarici işlər nazirinin müavini vəzifəsini tutan Seyid Abbas Əraqçi ölkənin yeni XİN başçısı olacaq.

Bir neçə dəfə Azərbaycana səfər edən Əraqçi 1962-ci ildə Tehranda anadan olub. O, Xarici İşlər Nazirliyinin Beynəlxalq Münasibətlər Məktəbinin fakültəsinin beynəlxalq münasibətlər üzrə bakalavr dərəcəsinə, İslami Azad Universitetinin siyasi elmlər üzrə magistr dərəcəsinə və Kent Universitetində siyasi fikir üzrə doktorluq dərəcəsinə malikdir.

Əraqçi 1989-cu ildə diplomatik xidmətə başlayıb. O, 1990-cı illərin əvvəllərində Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşən İran İslam Respublikasının İslam Konfransı Təşkilatı yanında Daimi Nümayəndəliyinin müvəqqəti işlər vəkili, Finlandiya (1999-2003) və Yaponiyada (2007-2011) səfir vəzifələrində çalışıb.

Səfir olmamışdan əvvəl Əraqçı Siyasi və Beynəlxalq Araşdırmalar İnstitutunun (IPIS) baş direktoru vəzifəsində çalışıb. 2004-2005-ci illərdə Beynəlxalq Münasibətlər Məktəbinin rektoru olub.

O, Həsən Ruhani hökumətində Qərb ölkələri ilə İranın baş nüvə müzakirəçisi kimi fəaliyyət göstərib.

Əziz Nəsirzadə isə yeni hökumətdə müdafiə naziri vəzifəsində çalışacaq. O, 1965-ci ildə Şərqi Azərbaycan əyalətinin Sərab şəhərində anadan olub.

İran-İraq müharibəsində F-14 qırıcısının pilotu kimi iştirak edən Nəsirzadə orduda müxtəlif vəzifələrdə çalışıb. Müharibədən sonra Nəsirzadə İran İslam Respublikasının İtaliyadakı hərbi attaşesi olub.

O, İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini vəzifəsini icra edib.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00