Borell Kursk işğalını dəstəkləyir – Kuleba ilə özəl söhbətini açdı

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrell Ukraynanın xarici işlər naziri Dmitro Kuleba ilə danışıb.

Bu barədə Cozef Borrell “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
Borrell, Kuleba ilə söhbət zamanı Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsinə hücumu kontekstində Ukraynaya “tam dəstək” olduğunu açıqlayıb.

“Biz Dmitri Kuleba ilə cəbhə xəttindəki son hadisələri və Kursk bölgəsindəki əks-hücum əməliyyatını müzakirə etdik. Mən Aİ-nin tam dəstəyini bir daha bəyan etdim”, deyə, Borell açıqlayıb.

Borell Ermənistanı və Azərbaycan daxilindəki erməni seperatizmini tam dəstəkləyən Aİ yetkilisidir. Ukraynaya gəldikdə seperatizmə qarşı tövr alan Borell Azərbaycan nümunəsində bu illəti tam və açıq dəstəkləyir.(musavat.com)

Related posts

KİV: İsrail Yəmənin üç limanına zərbə endirib

Nigeriyada silahlı hücumlar nəticəsində azı 23 nəfər ölüb

Hindistan ELAN ETDİ – Hazırıq!