Ana səhifə XəbərlərDünya Fransa Baş nazirindən partiyalara YENİ TƏKLİF

Fransa Baş nazirindən partiyalara YENİ TƏKLİF

admin

Fransa Baş naziri Qabriel Attal Milli Assambleyadakı (parlamentin aşağı palatası) bütün parlament qruplarının rəhbərlərinə “Milli birlik” və “İtaətsiz Fransa” partiyalarının iştirakı olmadan yeni hakim koalisiya yaratmağı təklif edib.

Bu barədə BFMTV telekanalı məlumat yayıb.

“Biz Milli Assambleyada dialoq və adi fikir ayrılıqlarının aradan qaldırılması yolu ilə gələcək iş üçün yeni yol tapmalıyıq”, – Xarici İşlər Nazirliyinin hazırkı rəhbəri, eyni zamanda da prezidentin İntibah Partiyasının baş katibi Stefan Sejurnenin Baş nazirin adından siyasi qrupların liderlərinə göndərdiyi məktubda deyilir.

Məktubu Loran Vokye (Respublikaçı Sağçılar), Andre Şassen (Sol demokratlar və respublikaçılar), Siril Şatlen (Ekoloqçular və sosialistlər), Stefan Lenorman (Müstəqil deputatlar və Fransanın Dənizaşırı Ərazilərinin Nümayəndələri, LIOT) və Boris Vallo (Sosialistlər və bloklayan qruplar) alıb.

Orada növbədənkənar parlament seçkilərindən sonra həm də prezidentin İntibah Partiyasının parlament fraksiyasının rəhbəri olan hökumət başçısı gələcək koalisiya çərçivəsində birgə işin əsas istiqamətlərini açıqlayıb. Söhbət dövlət hesablarının bərpasından və iqtisadi suverenliyin gücləndirilməsindən, dəyərlərin və dünyəviliyin qorunmasından, institutların yenilənməsindən gedir. O, həmçinin fransızların həyat keyfiyyəti, onların alıcılıq qabiliyyəti, mənzil, məşğulluq, ətraf mühit və təhlükəsizlik məsələlərinə diqqət yetirməyi təklif edib. Baş nazir həm də təhsil və səhiyyə ilə bağlı məsələləri də qeyd edib.(Report)

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00