Hindistan tank əleyhinə idarə olunan raketlərini sınaqdan keçirib

Hindistanın Müdafiə Araşdırmaları və İnkişafı Təşkilatı (DRDO) yerli istehsal olan daşınan bilən tank əleyhinə idarə olunan raketi (MP-ATGM) uğurla sınaqdan keçirib.

Bu barədə ANI agentliyinə DRDO nümayəndələri bildirib.

Sınaqlar Racastan ştatının Caysalmer şəhərindəki poliqonda keçirilib.

Kompleks düşmənin tanklarını və zirehli texnikasını zərərsizləşdirmək üçün nəzərdə tutulub. Qeyd edilir ki, o, ikili işədüşmə rejimi ilə təchiz olunub, yəni həm gündüz, həm də gecə effektivdir.

Related posts

Ankaradan İrəvana mesaj: Paşinyan Konstitusiya dəyişikliyinə söz verib!

Putin Trampın elçisini qəbul edəcək

Donald Tramp İlham Əliyevi təbrik edib