247
İran Fələstinin HƏMAS hərəkatı ilə İsrail arasında Qəzza zolağında atəşkəs elan edilməsi və anklavda saxlanılan girovların azad edilməsi üzrə danışıqlarda iştirak etmir və iştirak etmək niyyətində deyil.
Bu barədə İranın BMT-dəki daimi nümayəndəliyi bildirib.
Daha əvvəl “Reuters” agentliyi mənbələrə istinadən İranın Qəzza zolağında eskalasiya başlayandan bəri ilk dəfə Fələstin anklavında atəşkəslə bağlı danışıqlara nümayəndə göndərmək imkanını nəzərdən keçirdiyini xəbər vermişdi.