Moskva polisinə silahlarını ələ keçirmək cəhdləri barədə XƏBƏRDARLIQ

Rusiyanın paytaxtı Moskvada təhlükəsizlik tədbirləri gücləndirilib.

Bu barədə “Report”un Rusiya bürosu yerli “Telegram” kanallarına istinadən məlumat yayıb.

Məlumata görə, Moskva vilayətində diversiya qruplarının mümkün təxribatı nəzarət altındadır. Polisə onların silahlarını ələ keçirmək cəhdləri barədə xəbərdarlıq edilib.

Xüsusi təyinatlı polis alayı operativ reaksiya tələb olunduğu halda yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.

Related posts

KİV: İsrail Yəmənin üç limanına zərbə endirib

Nigeriyada silahlı hücumlar nəticəsində azı 23 nəfər ölüb

Hindistan ELAN ETDİ – Hazırıq!