Polşa və ABŞ hökumətləri 96 ədəd “Apache AH-64E” hücum helikopterinin tədarükü üzrə müqavilə imzalayıb.
Bu barədə məlumat Polşa Müdafiə Nazirliyinin “X” sosial şəbəkəsindəki səhifəsində yerləşdirilib.
Polşa tərəfi adından müqaviləni imzalayan Kosinyak-Kamış Varşavanın bu helikopterləri 2028-ci ildə almağa başlayacağını bildirib. Müqavilənin dəyəri 10 milyard ABŞ dolları olacaq.