Rusiya hərbçiləri Kalininqraddan Kurska göndərilir – Müdafiə naziri

Litvanın müdafiə naziri Laurinas Kaşşünas Rusiya qoşunlarının ölkənin Avropadakı anklavı olan Kalininqrad vilayətindən qızğın döyüşlərin getdiyi Kursk vilayətinə göndərildiyini bildirib.

Bu barədə Baltikyanı ölkənin naziri avqustun 13-də Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdə deyib.

“Mən Litva xalqına deyirəm: görün ukraynalılar sizin üçün necə vuruşur, çünki onların mübarizəsinə görə Rusiya Kalininqraddan qoşunlarını çıxarmalıdır. Hətta biz bunu Kalininqradın “demilitarizasiyası” adlandırırıq ki, bu da sizin hərbçilərin şücaəti, qərarlarınız sayəsində baş verir”, – “Azadlıq Radiosu” Kaşşünasdan sitat gətirib.

Xatırladaq ki, daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətinin 74 yaşayış məntəqəsini ələ keçirdiyini açıqlamışdı.(Report)

Related posts

Ukrayna Belqorodu vurdu – Yaralılar var

Rumıniyada parlament binası yandırıldı

“İsrail Üçüncü Livan müharibəsinə hazırlaşır”