Rusiyanın nüvə planı: Hədəfdə Türkiyə də var

Rusiyanın NATO ilə mümkün açıq qarşıdurması zamanı Avropanın dərinliklərindəki mövqeləri nüvə silahları ilə hədəf alacağını sübut edən sənədlər ortaya çıxıb. 

Bu barədə “Financial Times” yazır.

Nəşrin əldə etdiyi 29 gizli sənədə əsasən, Fransanın qərb sahillərindən İngiltərənin Barrou-in-Furnes şəhərinə qədər uzanan hədəflərin xəritələri təfərrüatlı şəkildə açıqlanıb.

Məlumata görə, hazırlanan xəritələrdə Rusiyanın dəniz donanmasının 32 NATO obyektinin hədəf alındığı göstərilir. Onlar arasında Türkiyənin 4 məntəqəsi də yer alıb.

NATO-nun keçmiş rəsmisi Uilyam Alberk nəşrə açıqlamasında bildirib ki, bu nümunə Avropa üzrə xəritələnmiş yüzlərlə, hətta minlərlə hədəfin, o cümlədən hərbi və kritik infrastruktur hədəflərinin kiçik bir hissəsidir.

Rusiya prezidenti Vladimir Putin Qərbin Kiyevə hərbi dəstəyinin qarşısını almaq üçün Ukraynanın avropalı müttəfiqlərini dəfələrlə hədələyib.

NATO hesablamalarına görə, alyansdakı ölkələr Rusiyanın genişmiqyaslı hücumundan qorumaq üçün yetərincə gücə malik deyil.

Related posts

Kim Çen In orduya TAPŞIRIQ VERDİ

Şimali Koreya Rusiyaya dəstək üçün 100 minlik qoşun göndərə bilər

ŞOK! Bayden gedər ayaq Zelinskiyə icazə verdi: koreyalı əsgərlər Kurskda ATACMS-la vurulacaq