Azərbaycan Milli Xalça Muzeyinə XIX əsrə aid “Açma-yumma” xalçası hədiyyə olunub

Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyası növbəti unikal sənət nümunəsi ilə zənginləşib. Almaniyanın Berlin şəhərində yaşayan, “İşiq yol” Azərbaycan Ədəbiyyat və Mədəniyyət Cəmiyyətinin üzvü olan kolleksiyaçı Hocat Abasi muzeyə 1825-ci ildə Şuşada toxunan Qarabağın “Açma-yumma” xalçasını hədiyyə edib.

Muzeydən verilən məlumata görə, xalçanın ara sahəsi, haşiyələri həndəsi, nəbati naxışlar stilizə olunmuş insan və heyvan təsvirləri ilə bəzədilib.

Hocat Abasi vətənindən ayrı düşən bu nəfis əsərin yaxın zamanda öz doğma yurduna qayıdacağını, muzeyin Şuşa filialında sərgilənəcəyini düşündükcə böyük sevinc və xoşbəxtlik hissi yaşadığını bildirib.

Related posts

Gəncədə Xalq artisti Teyyub Aslanovla görüş təşkil olunub

Çin Amerika filmlərinin nümayişini dayandıracaq

Bu gün Xalq artisti Sidqi Ruhullanın doğum günüdür