Ana səhifə XəbərlərMədəniyyət Azərbaycan Dövlət Film Fonduna SSRİ Xalq artisti Adil İsgəndərovun nadir fotoşəkilləri daxil olub

Azərbaycan Dövlət Film Fonduna SSRİ Xalq artisti Adil İsgəndərovun nadir fotoşəkilləri daxil olub

admin

Azərbaycan Dövlət Film Fonduna şəxsi arxivdən SSRİ Xalq artisti, görkəmli teatr və kino xadimi Adil İsgəndərovun nadir fotoşəkilləri daxil olub.

Fonddan bildirilib ki, fotoşəkillər A.İsgəndərovun “Azərbaycanfilm” kinostudiyasının direktoru kimi “İstintaq davam edir” (1966) filminin çəkilişlərində iştirakını əks etdirir.

Bu fotoşəkillərlə yanaşı, Dövlət Film Fondunun rəsmi saytı və sosial media hesabları vasitəsilə Adil İsgəndərovun anadan olmasının 115 illiyi ərəfəsində onun “Qanun naminə” (1968) filmində Kamilov obrazını canlandırarkən çəkilmiş kadrarxası görüntüləri də ictimaiyyətə təqdim olunur.

Fotoşəkillər kinorejissor Muxtar Dadaşovun Film Fondunda qorunan şəxsi arxiv fonduna daxildir.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00