Nüvə qırğını başlayır? – Rusiyadan gizli plana sərt BƏYANAT

Ukrayna Rusiya Federasiyasını təxribatda ittiham etmək üçün Kursk və Zaporojye atom elektrik stansiyalarına zərbələr endirməyi planlaşdırır.

Bu barədə Xarkov vilayətinin Hərbi Administrasiyasının Daxili İşlər İdarəsi məhbusların dindirilməsinə əsasən bildirib.

Rusiya Müdafiə Nazirliyi Ukraynanın Kursk Atom Elektrik Stansiyasına hücumu halında sərt cavab tədbirləri vəd edir.

“Əgər Kiyev rejimi qitənin Avropa hissəsində geniş ərazilərin radioaktiv çirklənməsi ilə texnogen fəlakət yaratmağa yönəlmiş cinayət planlarını həyata keçirməyə başlayarsa, dərhal cavab olaraq sərt hərbi və hərbi-texniki tədbirlər görüləcək”, – deyə departamentdən bildirilib.

Related posts

ABŞ Azərbaycana daha iki minaaxtaran it verdi – FOTO

Ayın torpağından oksigen çıxara bilən vasitə hazırlandı

İsrail və İrana uçuşlar dayandırıldı