Ana səhifə XəbərlərMünaqişə Onlarla “Vaqner” döyüşçüsü öldürüldü – VİDEO

Onlarla “Vaqner” döyüşçüsü öldürüldü – VİDEO

admin

Malinin şimalında Əlcəzair sərhədi yaxınlığında Rusiyanın “Vaqner” Tuareq üsyançıları ilə arasında 2 gün davam edən döyüşdə 53 əsgərini itirib.

Tuareq üsyançıları iddialarını sübut etmək üçün öldürdükləri əsgərlərin görüntülərini də paylaşıblar. Paylaşılan videoda pusquya düşən maşınların külə döndüyü, çoxlu sayda “Vaqner” döyüşçüsünün cansız cəsədlərinin yerdə qaldığı görünür.

“Reuters”in məlumatına görə, Mali-Əlcəzair sərhədi yaxınlığında baş verən qarşıdurmada 20-82 rus muzdlusunun öldüyü bildirilir.

“Vaqner” isə məğlubiyyətinin səbəbini qum fırtınası ilə əlaqələndirib. Qum fırıtınası Tuareq üsyançılarına uğurlu pusqu qurmağa imkan yaradıb.

Qeyd edək ki, Malidə 1000-ə yaxın “Vaqner” döyüşçüsünün olduğu bildirilir.

Mürtəza
Ölkə.Az

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00