Adına beş şirkət açıldı, dələduzların qurbanı oldu – VİDEO

Adına 5 şirkət açılıb özünün xəbəri yoxdur.

Evinə külli miqdarda vergi borcu gələndə bu işdən xəbər tutub.

Ağsu rayonu Cəlayir kənd sakini Oruc Əzizli dələduzların qurbanı olduğunu iddia edir.

O, deyir ki, yaradılan şirkətlər tərəfindən onun adına Vergi xidmətindən göndərilən məktubda külli miqdarda borcunun olduğu qeyd edilib.

Onun iddiasına görə, bir müddət öncə şəxsiyət vəsiqəsini itirib. Bir ay müddətinə yeni şəxsiyyət vəsiqəsi alıb. Ehtimal edir ki, onun itmiş vəsiqəsindən istifadə edilib.

Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.

Related posts

Qumadası yaşayış massivində niyə məktəb və bağça yoxdur? – VİDEO

Sumqayıtda məktəb direktoru şagirdlərdən pul tələb edib? – Fakt araşdırılır

Vüqar Əhmədov Beyləqanda vətəndaşları qəbul edib