Formula 1-ə hazırlığa görə bu yol bağlı olacaq

Bakı şəhərində Formula 1 Azərbaycan Qran Prisinə hazırlıqları məqsədi ilə yollarda quraşdırma işləri sürətlə davam edir.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən verilən məlumata görə, 20 avqust saat 22:00-dan etibarən Səməd Vurğun küçəsinin Neftçilər prospekti kəsişməsindən Zərifə Əliyeva küçəsi kəsişməsinə qədər olan hissəsi nəqliyyata bağlı olacaq. Bu məhdudiyyət yarışlar bitənə qədər davam edəcək.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran Prisi 2024-cü il, 13-15 sentyabr tarixlərində keçiriləcək.

 

 

Related posts

Qumadası yaşayış massivində niyə məktəb və bağça yoxdur? – VİDEO

Sumqayıtda məktəb direktoru şagirdlərdən pul tələb edib? – Fakt araşdırılır

Vüqar Əhmədov Beyləqanda vətəndaşları qəbul edib