Rusiya prezidenti Vladimir Putin “Telegram”ın yaradıcısı Pavel Durovla Bakıda görüşməkdən imtina edib.
Bu barədə “Baza” kanalı yazıb.
“Putin və Durov eyni vaxtda Bakıda olublar. Putinin Azərbaycana səfərindən bir neçə gün əvvəl prezident administrasiyasının üzvləri ona “Telegram”ın yaradıcısı Pavel Durovla görüş təşkil etməyi təklif ediblər, lakin Putin bundan imtina edib”, – Baza yazır
Görüşdən imtinanın səbəbləri və baş tutmayan görüşün mövzusu məlum deyil.