“Telegram”ın yaradıcısının Azərbaycanda gəzintisi – VİDEO

“Telegram”ın sahibi Pavel Durov Azərbaycana gəlib.

Bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Onun rayonlarımızdan birində idman avtomobili ilə gəzdiyini əks etdirən video da yayılıb.

Bundan əvvəl də Rusiya KİV Prezident Vladimir Putinin Pavel Durovla Bakıda görüşməkdən imtina etdiyini yazmışdı.

Qeyd edək ki, Pavel Durov “Vkontakte” sosial şəbəkə saytının və “Telegram” proqramının yaradıcısı kimi tanınan rusəsilli Fransa və BƏƏ sahibkarıdır. 2022-ci ildə “Forbes” jurnalına görə BƏƏ-nin ən varlı adamı kimi tanınıb. 2023-cü ilin fevralında “Arabian Business” onu Dubayın ən güclü sahibkarı adlandırırdı.

2014-cü ildə VK-nın baş direktoru vəzifəsindən azad edilib. Durov 2021-ci ilin avqustunda Fransa vətəndaşlığına qəbul edilib və buna görə də hazırda Avropa İttifaqı vətəndaşlığına sahibdir.

Related posts

Qumadası yaşayış massivində niyə məktəb və bağça yoxdur? – VİDEO

Pənahəli xanın ocağından görüntülər

Sumqayıtda məktəb direktoru şagirdlərdən pul tələb edib? – Fakt araşdırılır