Baydendən nüvə müharibəsi tapşırığı: Hazır olun

ABŞ prezidenti Co Bayden çox məxfi sənəd vasitəsilə Amerika ordusuna Rusiya, Çin və Şimali Koreya ilə mümkün razılaşdırılmış nüvə münaqişələrinə hazırlaşmağı tapşırıb.

Bu barədə “New York Times” (NYT) yazıb.  NYT-nin yazdığına görə, bu sənəd hər 4 ildən bir yenilənir və sənəd “tam məxfi” şrifi ilə dövlətin təhlükəsizliyinə məsul olan çox az sayda insana məktub formasında çatıdırılır.

Təsdiqlənmiş gizli sənəddə Bayden ilk dəfə olaraq Çinin nüvə texnologiyalarının və silahlarının sürətlə genişlənməsinə diqqət yetirilməsinə diqqət yetirilməsi əks olunub.

İddia edilir ki,  sənəddə ABŞ prezidenti Amerika ordusuna Rusiya, Çin və Şimali Koreyanın mümkün koordinasiyalı nüvə münaqişələrinə hazırlaşmağı tapşırıb.

Related posts

Dünya iki yerə bölünür: 23 gündən sonra Moskvada baş verəcək hadisə…

“Ermənistan terrora çağırış, yeni müharibə hədələri ilə çıxış edir”- Video

Ermənilər 39 günlük körpəmi qətlə yetirdilər – Zərərçəkmiş