Argentina Parana çayındakı yük gəmisini meymunçiçəyi (Mpox) virusu şübhəsi ilə karantinə götürüb.
Bu barədə Argentina Səhiyyə Nazirliyi məlumat verib.
Qeyd edilib ki, səfər zamanı ekipaj gəmidə olan Hindistan vətəndaşının bədənində çox sayda kistaya bənzər yaraların olması barədə onlara xəbərdarlıq edib.
Meymunçiçəyi simptomları göstərən şəxsin təcrid edildiyi, yük gəmisinin Parana çayında lövbər salaraq karantinə alındığı bildirilib.