Ana səhifə XəbərlərCəmiyyət Bakıda 2 ulduzlu hotelin gecəsi 1000 manata qalxıb 

Bakıda 2 ulduzlu hotelin gecəsi 1000 manata qalxıb 

admin

Bakıda bu ilin noyabrında keçiriləcək. Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransı (COP29) Azərbaycanın turizm sektoru üçün böyük sınaq olacaq.

Ölkədəki, o cümlədən Bakıdakı hotellər konfrans dövründə bütün dünyadan Bakıya axışacaq turistləri qəbul etməli olacaq. İlkin məlumatlara görə, COP29 dövründə ölkəyə 80-140 min arası turistin gəlməsi gözlənilir. Tədbir dövründə yaşanacaq sıxlıq artıq indidən hotellərin qiymətini fantastik səviyyəyə qaldırıb.

Hazırda «COP29» tədbiri üçün hotelləri xüsusi olaraq bu tədbir üçün yaradılan cop29-accommodation.bnetwork onlayn platformasından sifariş etmək mümkündür. onlayn aptek

Son vəziyyətə görə, sistemdə cəmi 81 hotel yerləşdirilib. Əvvəllər hotel sayı daha çox idi, amma sifarişlər tutulduqca boş otağı olan hotellərin sayı azalmaqdadır. Sistemdəki hotellərin əksəriyyəti 2 ulduzludur, burada hətta 1 ulduzlu hotellər də var. 3-və 5 ulduzlu hotellərin sayı isə olduqca azdır və həmin hotellərdə hələlik ən bahalı otaqlar qalıb, böyük ehtimalla tədbirədək onlar da tutulacaq.

Amma əsas məsələ hotellərin qiymətidir. Hətta 1 ulduzlu hoteldə də qiymətlər «əl yandırır». Məsələn, metronun «Gənclik» və «Nərimanov» stansiyaları arasındakı «Consul Hotel»-də 1 otağın günlük qiyməti 165 dollara, təklif olunur – 280 manata.

2 ulduzlu hotellərin qiyməti 150-160 dollardan başlayır, əksər hotel 300-400-500 dollar arasındadır. Hələlik ən bahalı 2 ulduz hotelin gecəsi 583 dolardır – bu təqribən 1000 manatdır.

Bakının mərkəzində Üzeyir Hacıbəyov küçəsindəki «Rosemary Inn Hotel»in gecəsinin qiyməti belədir. Daha bir maraqlı məqam – COP29-a görə otaqlar minimum 11 günlüyə verilir. Yəni bu hoteldə 11 gecəlik yer üçün  6413 dollar tələb olunur – yəni təqribən 11000 manat.

Daha bir 2 ulduzlu – «The Clocktower Hotel»də otağın 1 gecəsi 456 dollar və ya 775 manatdır, minimum 6 günlük səyahət üçün buraya 4,6 min manata yaxın ödəniş etmək lazım olacaq.

«Smith Hotel Baku»da qiymətlər 383 dollar, «Deluxe City Inn Hotel»də 500 dollar, «Egoist luxury Hotel»da 441 dollar, «Eleven Hotel Baku»da 397 dollar təşkil edir. «Marine Inn Hotel Baku» qonaqlarını 518 dollarlıq qiymətlə gözləyir. Motindəki «Mont Inn Hotel» isə qiyməti 583 dollara qaldırmaqla COP29-dan yararlanmaq istəyir.

3 ulduzlu hotellərdə qiymətlər 120 dollardan başlasa da («Aysberq» hotel – 118 dolllar), sonradan 300-400 dollar, eləcə də 500-900 dollaradək yüksəlir.

Məsələn, 3 ulduzlu «ALBA HOTEL & SPA» və «Ammar Grand Hotel» 441 dollardan, «Atlas Hotel Baku» isə 489 dollardan qiymət təklifi elan edib.

3 ulduzlu «Graaf Hotel» 706 dollarlıq,  «Port Rivoli Baku Luxury Boutique Hotel» 735  dollarlıq, «Ramada by Wyndham Baku» isə 902 dollar qiymətində otaqlar təklif edir.

Şəhərin ən maraqlı və keyfiyyətli xidmət göstərən hotellərindən biri, Xəzər sahilindəki «Homebridge Hotel Apartments» hoteli qiyməti ilə də fərqlənir, burada gecəsi cəmi 206 dollardan qiymət təklif edilir.

«Shah Palace Luxury Museum Hotel» (1353 dollar), «Bilgah Beach Hotel» (1118 dollar) və «Courtyard by Marriott Baku» (1215 dollar) kimi hotellərdə isə qiymətlər 1000 dolları keçir.

«Ivy Garden Hotel Baku»da isə 1 gecəsi 2235 dollarlıq otaqlar təqdim olunub, 11 gecə üçün məbləğ  24 585 dollar deməkdir.

Bu qiymətin fonunda «Fairmont Baku, Flame Towers»dəki 2205 dollarlıq qiymət daha insaflı gəlir. 11 günlük hotel xərci 24 255 dollar edir.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00