Ana səhifə XəbərlərCəmiyyət Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

admin

Vətən müharibəsi şəhidi Orxan Cabbarovun anası Yeganə xanım vəfat edib.

Bu barədə şəhid Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu məlumat yayıb.

O bildirib ki, Orxan Cabbarovun anası onkoloji xəstəlikdən əziyyət çəkirmiş.

Qeyd edək ki, 1995-ci il təvəllüdlü Orxan Cabbarov Tovuz rayonunun Bozalqanlı kəndində anadan olub. Ailəli idi. Ayxan adında bir oğlu yadigar qalıb. O, 44 günlük Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Noyabrın 9-da Şuşa döyüşləri zamanı qəhrəmancasına şəhid olub, Tovuz rayonunun Bozalqanlı kəndində dəfn olunub.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00