Ağsuda narkokuryerlikdə şübhəli bilinən qadın tutulub

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 54 yaşlı Təranə Məmmədova saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan  verilən məlumata görə, ondan 3 kiloqram 500 qram marixuana və heroin aşkar olunub.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə T.Məmmədova barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Related posts

Şabran çayında 2 nəfərin meyiti tapılıb – YENİLƏNİB

Kartlardan daha 15 min manat oğurlandı

Qum fırtınası: Bu ölkədə hava limanları bağlandı, minlərlə insan xəstəxanalıq oldu