İranın yeni neft naziri Möhsün Paknejad karbohidrogen hasilatını artırmaq planlarını açıqlayıb.
Onun fikirlərini İranın Şana agentliyi yayıb.
O, bildirib ki, 2026-cı ilin mart ayının sonuna qədər İranda neft hasilatının sutkada 400 min barel artacağını gözləyir.
Hazırda İranda 74 neft və 22 qaz yatağı istismar olunur. Ölkənin ümumi karbohidrogen ehtiyatları 1,2 trilyon barel təşkil edir.
2018-2021-ci illərdə Paknejad neft nazirinin müavini vəzifəsində çalışıb.