Bəşər Əsəddən sürpriz Türkiyə mesajı

Suriya prezidenti Bəşər Əsəd Türkiyə ilə münasibətlərin normallaşma istiqamətində danışıqlara başlanmasına müsbət cavab verib.

Bu barədə Əsəd Suriya parlamentində çıxışı zamanı deyib.

Avqustun 26-da Suriya parlamentində çıxış edən Əsəd Ankara ilə normallaşması istiqamətində atılan addımlar barədə məlumat verərək deyib ki, danışıqlara başalamaq üçün Türkiyə qüvvələrinin Suriya ərazisindən çıxarılması və “terrorçu qruplara dəstəyin dayandırılması” kimi mövcud vəziyyətə səbəb olan siyasətdən əl çəkilməsi şərt deyil.

Əsəd bildirib ki, danışıqlara başalamaq üçün hər iki ölkənin suverenliyini təmin edən və gələcək danışıqların yol xəritəsini müəyyən edən sazişin imzalanması yetərlidir. “Türkiyə qüvvələri geri çəkməzsə və ya bunu etməsə danışıqlara başlamayacağıq demək doğru deyil”, – deməklə Əsəd Anakara ilə danışıqlara  “yaşıl işıq” yandırıb.

Related posts

Petrosyan Çingiz xanın sözlərini paylaşdı: İrəvanda təşviş…

Prezidentdən nazirlə bağlı sərəncam

Kreml: Vəziyyət çox gərgindir