Ana səhifə XəbərlərDünya Ermənilərin siyasi düşüncə tərzi “qaraçılıqdır” – Ovanesyan 

Ermənilərin siyasi düşüncə tərzi “qaraçılıqdır” – Ovanesyan 

admin

“Azərbaycanın siyasi və hökumət dairələrində “Sakit Okean Donanması Xəzər dənizinə çata bilməz” ifadəsi var. Bir sözlə, bu, Azərbaycanın soyuq düşüncə ilə milli maraqları naminə hesablanmış xarici siyasəti nəticəsində həm Qərb, həm də Rusiya üçün ciddi tərəfdaş olduğunu göstərir”.

Bunu erməni politoloq Vahe Ovanesyan Cənubi Qafqaz ölkələrindəki durumu şərh edərkən deyib.

O əlavə edib ki, ciddi dövlətlər həvəskarlardan ilk növbədə məzmunu və təfəkkürünün mövcudluğu ilə fərqlənir: “Azərbaycan və Gürcüstanda qarşıya konkret məqsədlər qoyulur: milli problemlər, ciddi infrastruktur layihələri, inanılmaz görünən həll yolları, böyük pullar, kommunikasiya variantları: yeni yollar, marşrutlar və s.
Ermənistanda bizim nəyimiz var? Dünya haqqında əyalət düşüncəsi olan, hamı ilə münasibətləri korlayan və nəticədə ölkəmizə fəlakət gətirən bir hökumət… Bu gün sıfır müttəfiq vəziyyətindəyik.

Axmaq dövlətlər ciddi şəkildə cəzalandırılır, onların axmaq elitaları isə birbaşa məsuliyyətə cəlb olunurlar”.

Bugünkü erməni siyasi düşüncəsi haqqında danışan politoloq deyib ki, siyasi qaraçılar kimi Moskvadan, Brüsseldən və Vaşinqtondan “yaxşılıq” gözləyən qərbpərəst və rusiyapərəst düşərgələrinə parçalanıb: “Kollektiv şüurumuz, hər hansı düşərgədən asılı olmayaraq, Ermənistanın postmüharibə dövründə yenidən qurulması üçün bir baxış hazırlamağa və öz xalqına və xarici dünyaya rasional bir şey təklif etməyə çalışmır.

Bütün düşünən ölkələr qarşılarına qısamüddətli və strateji məqsədlər qoyurlar. İrəvan nə edir? İrəvan yoxdur, dilsiz, simasız, mənasız bir varlıqdır”.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00