“Sələmə pul verirmiş…” – Tanınmış həkimin qətlinin TƏFƏRRÜATI 

Zaqatalada törədilən dəhşətli qətllə bağlı bəzi təfərrüatlar məlum olub. 

Hadisə həkim Tariyel Əhmədovun qıznının Aşağı Tala kəndində yerləşən evində qeydə alınıb.

Həsən Davudov Tariyel Əhmədovun qızının evinə gələrək onunla mübahisə edib. Daha sonra mübahisə qızışıb və tərəflər arasında dava düşüb.

Həsən Davudov qızının və nəvələrinin gözü qarşısında Tariyel Əhmədovu güllələyərək öldürüb.

Həsən Davudov daha sonra özünü güllələyib.

Məlumata görə, onların keçmişdən ədavəti olub. Belə ki, Həsən Davudov sələmə pul verirmiş. Tariyel Əhmədov da qızıllarını girov qoyaraq ondan pul alıb. Bu zəmində onların arasında məhkəmə çəkişməsi də var imiş.

Related posts

Azərbaycanda tanınmış iş adamının ölkədən çıxışına qadağa qoyulur

AŞPA-nın keçmiş vəzifəlisi öldü

Sabiq nazirin oğlu: 400 minlik yeyintidən xəbərim olmayıb