Ana səhifə XəbərlərCəmiyyət Teleqramda saxta iş təklifi: Cinayətə ortaq ola bilərsiniz – DİQQƏT!

Teleqramda saxta iş təklifi: Cinayətə ortaq ola bilərsiniz – DİQQƏT!

admin

“Diqqətli olun! Pul qazanmaq istəyərkən cinayətə ortaq ola bilərsiniz”. 

Bunu texnobloger Fərid Pərdəşünas deyib. O bildirib ki, Teleqram platformasında vətəndaşlara iş təklif olunur:

“Təklif belədir ki, sizə bir nəfər məktub yazır və deyir ki, özüm xaricdəyəm, nənəmdən pulu götürüb kriptovalyuta alıb, mənə göndərmək lazımdır. Əvəzində o pulun üzərindən yükləyəndə xidmət haqqını götürərsən.

Bununla razılaşan vətəndaşlar pulu götürmək üçün nənənin yanına gedirlər. Sizcə o nənə kim olsa yaxşıdır? Övladı adından onun səsi ilə dələduzluğa məruz qalmış, qəza ilə adam vuran uşağına evdəki pulunu göndərən yaşlı qadın.

Mexanizm belə qurulub. Həmin o kuryer də pulu kriptovalyuta ilə özü də bilmədən xaricə göndərir və beləcə pulun kimə çatdığı məlum olmur. Azərbaycanda qurbanlar var. 10 000-dən çox vəsaitini itirənlər var. Azərbaycan Daxili İşlər Nazirliyi bir neçə kuryeri saxlayıb və bununla bağlı kütləvi xəbərdarlıqlar edib”.

Texnoblogerin sözlərinə görə, bu, dünyada yayılmış məşhur dələduzluq və talama növüdür:

“Pul Azərbaycandan çıxarılır. Hara getdiyi də məlum olmur. Ümumiyyətlə, bu işi görənlər Azərbaycanda deyillər. Sadəcə vətəndaşlardan kuryer kimi istifadə edirlər.

Yenə Teleqram yenə kriptovalyuta. Cinayətdə iz itirmək üçün sui-istifadə olunan texnologiyalar”, – deyə o əlavə edib.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00