Azərbaycan sərhədçilərinin ağır silahla silahlanması beynəlxalq hüquqa zidd deyil – Stepanyan 

“Ermənistanla Azərbaycan arasında sərhədlərin demarkasiya olunmuş hissələrində  sərhədçilər öz qayda-qanunlarına uyğun şəkildə xidmətə çıxıblar və bu xidməti çox normal təşkil ediblər. Burada heç bir problem görmürəm.
Demarkasiya prosesinin dayandırılmasına gəlincə, bunu söyləməkdə çətinlik çəkirəm. Çox güman ki, bu, hansısa siyasi məsələlərlə bağlıdır, çünki onlar artıq Kərkidən (Tiqranaşen) danışırlar, amma mən konkret addımları hələ hiss etmirəm”.

Bunu Ermənistanın sərhəd qoşunlarının qurucu komandiri Levon Stepanyan deyib.

Onun sözlərinə görə, sərhədlərin demarkasiya olunmuş ərazilərində hətta hər iki tərəf bir-biri ilə əməkdaşlıq edirlər.

“Problem varsa, sərhədçilər bir-birini danışıqlara dəvət edir, məsələ həll olunur, öz aralarında olan münaqişələri həll edirlər”, – o qeyd edib.

Əlavə edib ki, hər hansı sual yaranarsa, sərhədçilərin dəvət etmə proseduru var: “Onlar razılaşdırılmış hansısa bayrağı qaldırırlar, istər ağ, istər qırmızı, qarşı tərəf də eyni bayrağı qaldırırsa, bunu razılaşırlar. Müəyyən olunmuş yerdə görüşüb münaqişə və ya hansısa vəziyyəti müzakirə edirlər və s”.

Azərbaycan sərhədçilərində artilleriya və ağır hərbi texnikaya malik olmasına gəldikdə isə Stepanyan deyib ki, Azərbaycanın helikopterləri, artilleriyaları, zirehli texnikaları, zirehli texnikaları və sair var, amma Ermənistanın sərhədçilərdə yoxdur.
“Beynəlxalq qanunlarda sərhədçilərin hansı silaha  malik olub-olmamasını qadağan edən normativ akt yoxdur. Bu, hər bir  dövlətin öz problemidir. Sərhədçisini hansı silahla  təmin etməsinə dövlət özü qərar verir. Bir misal verim. 1968-ci ildə Sovet İttifaqı ilə Çinin sərhədində problem yarananda o vaxt sərhədçilər artilleriya, tanklar, digər zirehli texnikalar, Katyuşalarla silahlanmışdılar. Deməli, problem deyil. Azərbaycanın sərhəd qoşunları da eyni tərzdə silahlanıb, ordudan heç bir fərqi yoxdur”.

Related posts

Mərkəzi Asiya ölkələri üçün ən əlverişli yollar Azərbaycandan keçir – ANALİZ

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

İranın yüksək rütbəli zabitləri Azərbaycanın Tehrandakı səfirliyinə gəliblər