“Ford” şirkəti ABŞ-də 90 736 avtomobili nəqliyyat vasitəsinin istifadəsi zamanı mühərrikin sıradan çıxması riskinə görə geri çağıracaq.
Bu barədə “US.News” portalı Amerika Milli Yollarda Hərəkətin Təhlükəsizliyi İdarəsinə (NHTSA) istinadən məlumat yayıb.
NHTSA-nın məlumatına görə, geriçağırma 2,7 və ya 3,0 litr həcmli “Nano EcoBoost” mühərriki ilə təchiz edilmiş 2021-2022-ci illərin istehsalı olan bəzi “Bronco”, “F-150”, “Edge”, “Explorer”, “Lincoln Nautilus” və “Lincoln Aviator” avtomobillərinə aid olacaq.
Tənzimləyicidən bildirilib ki, problemin aradan qaldırılması üzrə tədbirlər çərçivəsində dilerlər mühərrikin tsikl sınağını həyata keçirəcək və ehtiyac yaranacağı təqdirdə mühərriki pulsuz dəyişdirəcək.