Avqust ayı ərzində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri üzrə günvurma ilə əlaqədar olaraq 13 nəfərin ( 3 qadın cinsli, 10 kişi cinsli olmaqla) ) müraciəti qeydə alınıb.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, onlardan 4 nəfər xəstəxanaya hospitalizasiya olunub, 9 nəfərə yerində yardım göstərilib.
Qeyd edilib ki, müraciət edən şəxslərdən 3-ü (2 qadın, 1 kişi cinsli olmaqla) yeniyetmə olub.