Havada toz müşahidə olunur

Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən bu gün səhər saatlarından başlayaraq Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova  bildirib ki, havada tozun miqdarı normadan 1,5 dəfə artıqdır.

Xidmət rəsmisinin sözlərinə görə, peyk görüntülərinə əsasən müşahidə olunan tozlu hava şəraitinə səbəb Türkmənistan ərazisindən ölkəmizə daxil olan toz dumanıdır.

“Tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq yaxın iki gün ərzində davam edəcəyi gözlənilir”.

Related posts

Qumadası yaşayış massivində niyə məktəb və bağça yoxdur? – VİDEO

Sumqayıtda məktəb direktoru şagirdlərdən pul tələb edib? – Fakt araşdırılır

Vüqar Əhmədov Beyləqanda vətəndaşları qəbul edib