“Alimentlərlə bağlı şikayətlər heç də az deyil”

Alimentin alınmamasına görə təmin edilmiş məhkəmə işlərinin sayı 2005-ci ildə 1468 nəfər, 2010-cu ildə 1545 nəfər, 2015-ci ildə 188 nəfər, 2022-ci ildə 36, 2023-cü ildə 14 nəfər olub.

Bu barədə məlumatı Dövlət Statistika Komistəsindən əldə edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən isə sorğumuza cavab olaraq bildirilib ki, alimentlərlə bağlı vətəndaşlar tərəfindən müxtəlif xarakterli şikayətlər daxil olur:

“Bu şikayətlərin təhlili aparılarkən şahidi oluruq ki, alimentlə bağlı şikayətlər heç də az deyil. Əhali arasında yayılan ən çox problemlərdən biri alimentin ödənilməməsidir. Alimentlə bağlı qanunvericilikdə müxtəlif tədbirlər nəzərdə tutulub. Lakin bu halın kökündə obyektiv və subyektiv səbəblər dayanır. Subyektiv səbəblər bir çox hallarda valideynlər arasında yaranan uşaq üzərində formalaşmış prinsipallıqdı, obyektiv səbəblər isə vətəndaşın alimenti ödəmək üçün gəliri çatmamağıdır. Bu tip müraciətlər Dövlət Komitəsinə qəbul olanda biz məsələ ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edirik. Vətəndaşın yaşadığı rayon üzrə İcra qurumu ilə əlaqə saxlayırıq. Bununla da biz çalışırıq ki, vətəndaşa dəymiş ziyan, problem öz həllini tapsın”.

Related posts

Qumadası yaşayış massivində niyə məktəb və bağça yoxdur? – VİDEO

Sumqayıtda məktəb direktoru şagirdlərdən pul tələb edib? – Fakt araşdırılır

Vüqar Əhmədov Beyləqanda vətəndaşları qəbul edib