Müdafiə Nazirliyi məlumat yaydı: Partlayış olacaq

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla planlı şəkildə məhv edilməsi davam etdirilir.

Bu barədə Müdafiə Nazirliyinin məlumatında qeyd edilib.

“Bildiririk ki, döyüş sursatlarının məhv edilməsi prosesi 3-6 sentyabr tarixlərində Seyfəli poliqonunda həyata keçiriləcək. Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcək”, – məlumatda vurğulanıb.

Related posts

Yasinin edamında kim iştirak edib? – XİN-dən CAVAB

Məhkəmə Tofiq Yaqublu barədə qərar verdi

Qüdrət İsaqov vəfat etdi