Bu dəmiryol dayanacaqlarında maşınların saxlanılması ödənişsizdir – SİYAHI

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı-Pirşağı-Sumqayıt xətti boyunca yerləşən stansiya və vağzallara aid avtodayanacaqları sərnişinlərin istifadəsinə verib.

Bu barədə ADY-yə istinadən xəbər verir.

Məlumata görə, şəhər mobilliyinin dəstəklənməsi və sərnişinlərin rahatlığının təmin edilməsi üçün Keşlə, Bakıxanov, Zabrat 1, Zabrat 2, Məmmədli, Pirşağı və Novxanı dəmiryol dayanacaqlarından istifadə qatarların hərəkət saatları (06:00-00:00) ərzində ödənişsizdir.

“Hər bir stansiya və vağzalda istifadə qaydaları və digər məlumatların yer aldığı lövhələr quraşdırılıb”, – deyə məlumatda qeyd edilib.

Related posts

DSX-nin ötən gün ölən 18 yaşlı əsgərinin FOTOSU

Bu böcəklər 60 min ildir bizimlə birlikdə “yatır”

Qurbanlıq heyvan kəsməyib onun dəyərində pul yardımı etmək olar? – AÇIQLAMA