Ermənistanda hərbçinin ölümünə görə əsgər yoldaşı SAXLANILIB

Ermənistanda hərbçi Edqar Aleksanyanın ölümü ilə bağlı onun əsgər yoldaşı saxlanılıb.

Bu barədə mənbələr “Sputnik Armenia”ya məlumat veriblər.

Bəzi KİV-lərin məlumatına görə, hadisə Sisian şəhərində baş verib. İstintaq Komitəsi və Müdafiə Nazirliyi hadisənin yerini göstərmir.

Qeyd edək ki, bir neçə gün əvvəl Ermənistanın hərbi hissələrindən birində güllə yarası olan erməni hərbçinin meyiti tapılıb. Məlumatı Ermənistan MN yaymışdı. Bildirilirdi ki, Edqar Aleksanyanın ölümünün səbəblərini müəyyən etmək üçün araşdırma aparılır.

Related posts

Polis Binəqədidə əməliyyat keçirdi – 40-dan çox şəxs saxlanıldı

İranda sərnişin avtobusu aşıb: 10 ölü, 41 yaralı

Prokuror sabiq deputat Nazim Bəydəmirliyə 9 il həbs cəzası istəyib