“Putin azad xalqın iradəsini qırmağa çalışır” – Bayden

ABŞ prezidenti Co Bayden Rusiyanın Rusiyanın Poltavaya zərbəsi nəticəsində onlarla insanın həyatını itirməsini pisləyib.

Bu barədə Ağ Ev məlumat yayıb.

“Mən bu dəhşətli hücumu qətiyyətlə pisləyirəm. Bu hücum Putinin azad xalqın iradəsini qırmaq üçün iyrənc cəhdlərini davam etdirdiyinə dair faciəvi xatırlatma rolunu oynayır”, – o qeyd edib.

Bayden qeyd edib ki, Birləşmiş Ştatlar Ukrayna ilə yanaşı durmağa və ona hava hücumundan müdafiə sistemləri də daxil olmaqla hərbi yardım göstərməyə davam edəcək.

Qeyd edək ki, raket zərbəsi nəticəsində 53 nəfər ölüb, 271 nəfər yaralanıb.

Related posts

Kim Çen In orduya TAPŞIRIQ VERDİ

Şimali Koreya Rusiyaya dəstək üçün 100 minlik qoşun göndərə bilər

ŞOK! Bayden gedər ayaq Zelinskiyə icazə verdi: koreyalı əsgərlər Kurskda ATACMS-la vurulacaq