Ukraynanın Poltava bölgəsində təhsil müəssisəsinə Rusiya qüvvələrinin zərbəsi nəticəsində 53 nəfər həlak olub.
Bu barədə Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.
Hücum nəticəsində bina qismən dağılıb, 3 yaşayış binası, 5 fərdi yaşayış evi və 1 inzibati binaya ziyan dəyib. Xilasetmə işləri davam edir.
Rusiya ordusu Poltavaya endirilən zərbə ilə bağlı rəsmi açıqlama verməyib.