Dostoyevskinin nəticəsi vəfat etdi

Sankt-Peterburqda (Rusiya) yazıçı Fyodor Dostoyevskinin nəticəsi Dmitri Dostoyevski 79 yaşında vəfat edib.

Bu barədə mərhumun yaxınları onun sosial şəbəkə səhifəsində məlumat veriblər.

“Əziz dostlar, dostlarımızın dostları və Dmitri Andreyeviçin izləyiciləri! Bu gün babamız dünyasını dəyişdi”, – deyə onlar yazıblar.

Qeyd edək ki, Dmitri Dostoyevski 1945-ci ildə anadan olub. Həyatı boyunca təxminən 20 peşə dəyişib. O, iddia edirdi ki, bu müxtəlif bacarıqlara canatma ona məşhur əcdadından miras qalıb.

Related posts

Çin bir qərarı ilə ABŞ-ni iflic vəziyyətə saldı

Qum fırtınası: Bu ölkədə hava limanları bağlandı, minlərlə insan xəstəxanalıq oldu

Bu ölkədən Suriyaya BÖYÜK DƏSTƏK – 15 milyard dollarlıq borcunu bağlayacaq