“Quska” kimi tanınan keçmiş deputat Hüseyn Abdullayevin məhkəməsi təxirə salınıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilməli olan bugünkü iclas hakim Elnur Nuriyevin iştirak etməməsi səbəbindən keçirilməyib.
İclasın vaxtı sentyabrın 12-nə salınıb.
Xatırladaq ki, H. Abdullayev 2018-ci ildə 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. Həmin müddət bu yaxınlarda başa çatıb. Lakin yeni cinayət işinə görə Abdullayev azadlığa çıxa bilməyib.