27 ailəlik növbəti köç karvanı Şuşa şəhərinə çatıb – YENİLƏNİB

Növbəti köç karvanı Şuşa şəhərinə çatıb.

Sakinlərin qarşılanma mərasimi keçirilib.

Qeyd edək ki, bu mərhələdə Şuşa şəhərinə 27 ailə – 91 nəfər köçürülüb.

Xatırladaq ki, indiyədək Şuşa şəhərində 204 ailənin, yəni 763 nəfərin daimi məskunlaşması təmin edilib.

***

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb.

Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı sentyabrın 7-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

Bu mərhələdə Şuşa şəhərinə 27 ailə – 91 nəfər köçürülüb.

Xatırladaq ki, indiyədək Şuşa şəhərinə 203 ailənin, yəni 763 nəfərin daimi məskunlaşması təmin edilib.

Related posts

Təhsil müəssisələrindəki istilik problemi ilə bağlı rəsmi AÇIQLAMA

Bir sıra məktəblər bağlanacaq

Bakı metrosunda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək